Ticarət və əyləncə mərkəzini idarə edən törəmə şirkət “PASHA Malls” MMC-də (PAŞA Malls) təyinat olub.
Banker.az xəbər verir ki, Ceyhun Abdullayev şirkətin baş maliyyə inzibatçısı təyin edilib.
O, 2022-ci ilin noyabrından bu günə qədər eyni vəzifədə, yaxın şirkət olan “PASHA Development” MMC-də çalışıb. Onun “PASHA Development”dəkı vəzifəsinə isə Elmir Hüseynov təyin edilib.
Daha öncələr isə “ATA Holding” MMC, “PwC”, “Baker Tilly” audit şirkəti və “Azmont Investment” MMC kimi şirkətlərdə çalışıb.
Xatırladaq ki, “PAŞA Malls” MMC 2021-ci ilin sentyabrından dövlət qeydiyyatına alınıb. Onun 2 814 776 manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Suleyman Yaman Sahindir. Şirkət “PASHA Holding” MMC-nin strukturundadır.