“PASHA Holding” MMC-nin strukturunda olan “PASHA Management Company” MMC-nin insan resursları üzrə strukturlarında təyinatlar olub.
Banker.az holdinqə istinadən xəbər ki, Rəna Rzayeva İstedadların idarə edilməsi qrupunun rəhbəri təyin edilib. 2022-ci ilin martından R.Rzayeva Qrupun insan resursları üzrə Baş direktoru vəzifəsində çalışırdı.
Aytən Abbaslı isə yeni yaradılmış struktur olan Strateji insan resursları və transformasiya qrupunun rəhbəri təyin edilib. A.Abbaslı isə 2015-ci ilin aprelində sahə üzrə strukturlara rəhbərlik edib.
Hər iki şəxs paralel olaraq ana şirkətdə çalışırlar.
Xatırladaq ki, holdinqə daxil olan “PAŞA Management Company” MMC 2021-ci ildə təsis edilib və 100 manat nizamnamə kapitalına sahibdir.