13 C
Baku
Friday, May 24, 2024

“PASHA Pay” statistik məlumatları “vermədiyi” üçün cərimələnir

“MilliÖN” ödəniş sistemi brendi ilə bazarda çıxış edən “PASHA Pay” MMC barəsində cərimə protokolu tərtib edilib və bununla bağlı iş məhkəməyə göndərilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “PASHA Pay” MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“PASHA Pay” MMC 2022-ci ilin iyuluna qədər “Komtec LTD” MMC adlandırılırdı. “MilliÖN” ödəniş sistemi PASHA Holding-in idarəetməsinə keçdikdən sonra hüquqi adı olan “Komtec LTD” “PASHA Pay” olaraq rebrendinq edib.

Holdinqin ödəniş sistemini alınması ilə bağlı məlumat ilin ikinci rübündə məlumatlar yayılmağa başladı. Törəmə şirkətlərdə çalışan kadrlar “Komtec LTD” MMC-nin rəhbərliyinə gətirilmişdi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər