6 C
Baku
Wednesday, January 7, 2026

“PASHA Property Management”də yeni təyinat

“PASHA Property Management” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Şəhriyar Həsənverdiyev “PASHA Property Management”də Əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunub.

O, 2025-ci ilin iyul ayından bu təyinata kimi “PASHA Property Management”ə Təchizatçıların idarəedilməsi və daxili nəzarət üzrə icraçı direktor kimi çalışıb.

Şəhriyar Həsənverdiyev 1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliyanın Kvinslend Universitetində (The University of Queensland) Beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb.
Son xəbərlər
Digər xəbərlər