1 C
Baku
Saturday, December 14, 2024

“PASHA Holding”in şirkətinə rəhbər təyin edilib

“PASHA Holding” MMC-nin törəmə turizm şirkəti “PAŞA Travel” MMC-yə rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, Bəhruz Əsgərov Fikrət oğlu “PAŞA Travel”in baş icraçı direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin sentyabrından başlayıb.

Buna qədər bu vəzifə vakant idi. 2023-cü ilin aprelinə qədər bu vəzifədə Çingiz Mürsəlov idi. Mürsəlov “Azərbaycan Hava Yolları” QSC-də departament rəhbəri təyin edilib.

B.F.Əsgərov 2016-2018-ci illərdə “PAŞA Travel”də çalışıb, sonradan Azərbaycan Turizm Bürosunun direktor müavini kimi çalışırdı.

Xatırladaq ki, “PAŞA Travel” MMC 2003-cü ildə təsis edilib və “PASHA Holding” MMC-yə daxildir. Hazırda 250 050 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər