8 C
Baku
Tuesday, January 13, 2026

“PashaPay”ə yeni icraçı direktor təyin edildi

Azərbaycanın ən iri elektron pul təşkilatlarından biri, “m10” və “MilliÖn” platformalarının sahibi olan “PashaPay” MMC-nin idarəetmə forması dəyişdirilib.

Banker.az xəbər verir ki, elektron pul təşkilatı kollegial idarəetmə formasından təkbaşına idarəetmə formasına keçid edib.

İndiyədək İdarə Heyətinin sədri vəzifəsində Samir Sabir Məmmədov oğlu, üzvlər kimi isə İlya Losev və Pünhan Nərimanov İlham oğlu yer alırdı.

Yeni qərara əsasən, şirkətə Pünhan Nərimanov icraçı direktor təyin edilib.

Xatırladaq ki, “PashaPay” MMC 2007-ci ildə təsis edilib və 73.87 milyon manat nizamnamə kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər