6 C
Baku
Thursday, February 13, 2025

“PashaPay” MMC-yə qarşı tətbiq edilmiş təshih tədbiri barədə rəsmi cavab

®Elektron pul təşkilatı olan “PashaPay” MMC şirkəti 27 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (“Mərkəzi Bank”) tərəfindən müvafiq lisenziya əldə etmişdir və bununla da Mərkəzi Bankın nəzarət subyektinə çevrilmişdir.

Həmin dövrdən etibarən şirkət normativ tələblərə uyğun proseslər qurmaq üçün intensiv transformasiya prosesinə başlamış və bu dövr ərzində faəliyyətinin qanunvericiliklə müəyyən edilmiş yeni tələblərə uyğunlaşdırılması istimamətində bir çox işlər görmüşdür.

Mərkəzi Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində nəzarət subyektlərinin fəaliyyətinin mütamədi olaraq yoxlanılması aparılmaqdadır. Bu yoxlamalar çərçivəsində fintex bazarı iştirakçıları arasında aparılmış ilk belə tematik yoxlama nəticəsində şirkətə qarşı təshih tədbirləri tədbiq edilmişdir. 

Qeyd olunan tədbirlər lisenziyalaşmış maliyyə təşkilatlarına qoyulan standart tələblərdən irəli gəlir. 

“PashaPay” MMC şirkəti qəbul olunan qərarı rəhbər tutaraq, onun icrasını şirkətin əsas prioriteti hesab edir və qarşısında qoyulan bütün tələbləri Mərkəzi Bankın nəzarəti altında icra etməkdədir. 

Şirkət bu addımların fintex bazarının və eləcə də şirkətin sağlam və dayanıqlı şəkildə inkişafına töhfə verəcəyinə inanır və bu istiqamətdə Mərkəzi Bankın dəstəyini yüksək qiymətləndirməklə təshih tədbirində qeyd edilən uyğunsuzluqların aradan qalıdırlması istiqamətində bütün zəruri tədbirləri görməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər