“MilliÖn” və “m10” əmtəə nişanları ilə bazarda fəaliyyətdə olan “PashaPay” MMC-nin İdarə Heyətinə təyinat olub.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Eqor Petrov İdarə Heyətinə üzv seçilib.
Eqor Petrov bundan öncə Rusiya Federasiyasında çalışıb.
Bununla da, sədrlə bərabər ümumi İdarə Heyətinin üzvlərinin sayı dördə yüksəlib.
İdarə Heyətinin strukturu:
Samir Məmmədov Sabir oğlu – sədr
Cəmil Abdullayev İlyas oğlu -üzv
Pünhan Nərimanov İlham oğlu – üzv
Eqor Petrov – üzv
Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40 022 000 manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.