23 C
Baku
Monday, October 6, 2025

“PashaPay”in İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb

“MilliÖn” və “m10” əmtəə nişanları ilə bazarda fəaliyyətdə olan “PashaPay” MMC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, İdarə Heyətindən ayrılan Eqor Petrovdur.

E.Petrov 2024-cü ilin dekabrında “PashaPay” MMC-nin İdarə Heyətinə üzv seçilmişdi.

Hazırda ödəniş təşkilatına Samir Məmmədov sədrlik edir.

Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40.02 milyon manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib.

Son xəbərlər
Digər xəbərlər