“2026-cı il sülh üçün həlledici əhəmiyyət kəsb edəcək, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Erməni xalqı öz seçimi ilə sülhü müdafiə etməlidir. Əslində qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədi də bundan ibarətdir. Bu məsələ həm hökumət nöqteyi-nəzərindən, həm də tarix baxımdan ortaya qoyulur”, – o bildirib.
Paşinyanın sözlərinə görə, 2026-cı il parlament seçkilərində xalq sülhü müdafiə etməsə, Ermənistan yenidən münaqişə və forpost məntiqinə qayıdacaq: “Sülhü müdafiə etməklə erməni xalqı öz müstəqilliyinin, suverenliyinin, dövlətinin yeni səviyyəsini müdafiə edəcək”.







