Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməyi planlaşdırır.
Bu barədə TASS-a sammitdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Paşinyan Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan dekabrın 25-də keçirilən MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edə bilməyib.