12 C
Baku
Saturday, November 23, 2024

Paşinyan aprelin 19-da Moskvaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.

Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir.

Bu arada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Paşinyan aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb. Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanılması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Nikol Paşinyanın aprelin ikinci ongünlüyündə Moskvaya səfəri barədə xəbər yayılmışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər