27 C
Baku
Thursday, July 18, 2024

Paşinyan: “Azərbaycan və Türkiyə ilə yollarımız bağlıdır, sülhə ehtiyac var”

“Bizim iki qonşumuzla yollarımız bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətin olacaq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Paşinyan bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır.

“Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir”, – Paşinyan qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər