11 C
Baku
Şənbə, Dekabr 4, 2021

Paşinyan: “Azərbaycanın Naxçıvanla avtomobil və dəmiryolu əlaqəsi olacaq”

“Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycanla komunikasiya xəttlərinin qurulmasına hazırdır.

Banker.az xəbər verir ki, 9 Noyabr bəyanatına əsasən, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi, eyni zamanda İranla dəmir yolu əlaqəsi alacaq.

Azərbaycan isə Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə quracaq. Bununla Azərbaycan Naxçıvan ilə avtomobil və dəmiryolu əlaqəsi əldə edəcək. Bu prosesə hələlik Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr, daimi təhdidlər və təxribatlar, həmçinin Azərbaycanın nifrət ritorikası mane olur. Ermənistan tərəfi isə sülh prosesini inkişaf etdirmək üçün əlindən gələni edir. Dialoq və bölgədəki düşmənçilik atmosferinin tədricən aradan qaldırılması, nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması sülhə aparan yeganə yoldur.

Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpası Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün vacib addım olacaq. Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədi ilə bir mərhələnin başlanması bölgədə sülh və sabitliyin əldə edilməsi prosesində katalizator rolunu oynaya bilər. Ermənistan hərbi əsirlərin geri verilməsi qarşılığında mina sahələrinin xəritələrini Azərbaycana verməyə hazırdır. Ötən ilki üçtərəfli bəyanata baxmayaraq, Azərbaycan hələ də bütün erməni əsirləri geri qaytarmayıb və məsələ təkcə hərbçilərə deyil, girov götürülmüş mülki vətəndaşlara və digər məhbuslara da aiddir. Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa da hazırdır. Bu məsələdə Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyinə ümid edirəm”

Son xəbərlər
Oxşar xəbərlər
X