Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını mübadilə üçün araşdırır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
“Hazırda proseslər davam edir – Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcəkləri potensial mal siyahılarını mübadilə edir”, – Paşinyan qeyd edib.
Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyinə dair şərhində Paşinyan bazarın əvvəlcədən araşdırıldığını və bu fürsəti siyasi oyuna çevirməyəcək iş adamlarına təklif verildiyini qeyd edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana daxil olarkən bəzi erməni pərakəndə satıcılar həmin benzinini satmaqdan imtina ediblər.
Onun sözlərinə görə, bir neçə göndərişdən sonra bazarın və imkanların hər kəs üçün açıq olduğu aydın olacaq. Və istəyən hər kəs Azərbaycan benzinindən yararlana biləcək.
Bir gün əvvəl Azərbaycanın Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcəyi açıqlanıb.
Ötən ilin dekabr ayında Ermənistana ilk dəfə Azərbaycan benzini göndərilib – Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb.







