Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəyik. Bütün məsələlər diplomatik yolla həll edilməlidir”, – o deyib.