“Ermənistan silah alınması üçün bütün maliyyə imkanlarına sahibdir, lakin elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, silah alınması maliyyə, siyasi, texniki və nəqliyyat daxil olmaqla 4 komponentdən ibarətdir:
“Maliyyə baxımından problem olmasa da, siyasi problemlər mövcuddur. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Elə ölkələr də var ki, bunu etməyə hazırdırlar, lakin onların lazımi silahı yoxdur”.