4 C
Baku
Monday, February 26, 2024

Paşinyan bir neçə naziri istefaya göndərə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanlarda bir neçə naziri istefaya göndərmək niyyətindədir. 

Bu barədə ölkənin yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, hazırda bu mövzunu gizli saxlamağa çalışırlar: “Üstəlik, bu qərar yekun deyil və oktyabr ayında da qəbul edilə bilər”.

İstefaya göndəriləcək nazirlər arasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da adı hallanır. Paşinyanın onun işindən narazı olduğu vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər