Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
O qeyd edib ki, tərəflər gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini vurğulayıblar.
Fransa Prezidenti bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Paris BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir.