21 C
Baku
Thursday, September 19, 2024

Paşinyan bu gün Pezeşkianın andiçmə mərasimində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Bunu baş nazirin mətbuat katibi Nazeli Bagdasaryan bildirib.

Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib.

Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olmasından sonra baş tutub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər