12 C
Baku
Sunday, October 27, 2024

Paşinyan deyir ki, Ermənistan dövlətçiliyin qorunması naminə ərazi iddialarından imtina etməlidir

Ermənistan istənilən ərazi iddialarından imtina etməlidir, əks halda dövlətçiliyindən məhrum olacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“Ermənistan elan etməlidir ki, ərazi iddiaları yoxdur və olmayacaq. Bu, bizə dövlətə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks təqdirdə, dörd tərəfdən dövlət kimi olmamağımız üçün hər şey edəcəklər. Və bunu edirlər”, – Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində bildirib.

O əlavə edib ki, “dövlət olmaq regional mühitdə normal münasibətlərəi olmaq deməkdir”.

Son xəbərlər
Digər xəbərlər