Ermənistanın Rusiya ilə münasibətləri kəsmək məqsədi yoxdur.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyada keçirilən GLOBSEC-2025 forumunda bildirib.
“Bu yaxınlarda parlamentimiz Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etdi. İndi bizim Avropa İttifaqı ilə çox sıx əməkdaşlığımız var. Amma digər tərəfdən, bizim xarici siyasətimiz tarazlaşdırılmış və balanslı olmaqda davam etdiyi üçün Rusiya ilə münasibətləri kəsmək məqsədimiz yoxdur. Məhz budur bizim strategiyamız”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistanda anlayırlar ki, ölkə eyni zamanda, həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü ola bilməz və gələcəkdə nə vaxtsa, qərar qəbul etməli olacaqlar.