Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.
Baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.
Xatırladaq ki, Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onlar arasında görüş planlaşdırılıb.