28 C
Baku
Wednesday, July 24, 2024

Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib.

O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

“Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86.6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29.8 min kvadrat kilometr ərazisini tanıyır”, – Paşinyan bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər