Ermənistan-Azərbaycan dəmiryolu əlaqəsinin bərpası ilə bağlı müsbət anlaşma formalaşıb.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Mən əvvəlki təcrübəni nəzərə alaraq, hələlik dəqiq məlumat verməyə tələsməyəcəyəm”, – Paşinyan Brüssel görüşünün nəticələrini şərh edərkən qeyd edib.