3 C
Baku
Saturday, December 14, 2024

Paşinyan: “Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edir”

Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edir.

Bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Üçtərəfli Komissiyanın işində irəliləyiş var: “Ümid edirik ki, bu məsələ Rusiyanın dəstəyi ilə həll olunacaq”.

Paşinyan Rusiyanın regionda əsas təhlükəsizlik faktoru olduğunu söyləyib.

O, bəzi qüvvələrin Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışdığını bildirib: “Həmin qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti de-stabilləşdirmək istəyirlər”.

Paşinyan Ermənistanın Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini deyib.

Ermənistan lideri Rusiyanın ilə münasibətlərin strateji xarakter daşıdığını və bu dəstəyə görə, ölkəsində iqtisadi böhranın olmadığını söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər