Ermənistanın Azərbaycanın enerji sisteminə qoşulması doğru olardı.
Bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycandakı elektrik enerjisinin artıqlığı beynəlxalq bazarlara çıxış üçün potensial yaradır: “Bu, o deməkdir ki, Ermənistan Azərbaycana məxsus şəbəkə vasitəsilə tranzitdən istifadə edə biləcək, Azərbaycan isə Ermənistana məxsus şəbəkədən istifadə edərək, o cümlədən Naxçıvana enerji ötürə biləcək”.
Baş nazir əlavə edib ki, əgər hər hansı bir səbəbdən Ermənistanın enerji ixracı reallaşmasa belə, ən azından Ermənistan tranzitdən gəlir əldə edəcək.






