11 C
Baku
Monday, November 25, 2024

Paşinyan Ermənistanın Rusiya ilə keyfiyyətcə yeni münasibətlər qurmaq istədiyini açıqladı

Ermənistan Rusiya ilə keyfiyyətcə yeni münasibətlər qurmaq istəyir. Banker.az xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan sentyabrın 30-u jurnalistlərlə görüşdə söyləyib.

“Ermənistanla Rusiya arasındakı münasibətlərdə heç bir dəyişiklik olmayıb (2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra). Lakin bütün ölkələr arasındakı münasibətlər dinamikdir”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətlərdə məqsədi “yeni səviyyəli keyfiyyətli münasibətlər qurmaqdır”.

“Əminəm ki, bu yol üzrə gedirik. Bəlkə də bu çox asan olmayacaq”.

Xatırladaq ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Liderlər Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər