Ermənistanla Rusiya arasında böhran görmürəm, ölkələr arasında açıq dialoq aparılır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İrəvan və Moskva bütün məsələləri müzakirə edirlər.
“Problemlər də var, ancaq onlar obyektiv məsələlərdir və iki ölkə arasında əməkdaşlığa təsir etmirlər”, – Paşinyan vurğulayıb.