28 C
Baku
Saturday, August 13, 2022

Paşinyan: “Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib.

Paşinyan bu barədə İrəvanda onlayn keçirilən mətbuat konfransında danışıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin cari ilin martında rəsmi olaraq yaydığı bəyanatda da qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.

MənbəQafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər