18 C
Baku
Friday, October 18, 2024

Paşinyan Gürcüstan ərazisinə iddia etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb.

Paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb.

Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.

Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.

N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

Bununla bir daha sübut olunur ki, Ermənistan rəhbərliyi ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, qonşu Gürcüstana da ərazi iddiası var və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır.

60aeb5d7 b2b8 3a93 ab7e 7afafd78bb6e

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər