29 C
Baku
Thursday, July 18, 2024

Paşinyan hesab edir ki, Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığı azalıb

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb.

Paşinyan bu gün keçirdiyi brifinqdə buna səbəb kimi Ukrayna müharibəsini göstərib.

O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.

Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər