Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb.
Paşinyan bu gün keçirdiyi brifinqdə buna səbəb kimi Ukrayna müharibəsini göstərib.
O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.
Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.
Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.