9 C
Baku
Monday, November 18, 2024

Paşinyan ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır

İlin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür, İrəvan bunun üçün bütün lazımi addımları atır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

“Mən həmişə ilin sonuna kimi sülh sazişinin imzalanmasını mümkün hesab etmişəm, çünki belə bir sazişi imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonunadək imzalanmasını mümkün sayıram”, – deyə o bildirib.

Bununla belə, hökumət başçısı iki ölkə arasında sülh sazişinin oktyabrda Qranadada imzalanacağını planlaşdırılmadığını diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər