Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Banker.az xəbər verir ki, baş nazir Paşinyan prezident Rəisi ilə Brüsseldəki son görüşlə bağlı təəssüratlarını və məlumatlarını bölüşüb.
Həmsöhbətlər xüsusilə regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasına başlanması, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanla Azərbaycan arasında münasibətlərin həlli perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İkitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub. Ermənistan-İran üçüncü elektrik ötürücü xəttinin, Şimal-Cənub magistralının tikintisinə, enerji məsələlərinə xüsusi diqqət yetirilib. Həmsöhbətlər bir-birinin ölkəsinə rəsmi səfər etmək üçün göndərilən dəvətləri təsdiqləyib və paytaxtlara səfər mübadiləsi barədə razılığa gəliblər.