25 C
Baku
Saturday, July 13, 2024

Paşinyan İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlayacağına söz verib

“Ermənistanın Mehri rayonu yaxınlığında İranla sərhəddə Rusiyanın apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı Baş İdarəsinin Mehridə apardığı irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin bütün fəaliyyəti Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir.

N.Paşinyan həmin ərazidə reallıqda baş verənləri araşdıracağına söz verib: “Bu hərəkətlər razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə problemlər yaradırsa, o zaman bu məsələ mütləq müzakirə olunacaq”.

Baş nazir əlavə edib ki, rəsmi İrəvanla razılaşdırılmış yerləşdirmə məntəqələri mövcuddur: “Ancaq bu, o demək deyil ki, həmin yerləşdirmə məntəqəsi daimi olmalıdır. Vəziyyətdən çıxış edərək bütün detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik”.

Qeyd edək ki, ikitərəfli razılaşmaya əsasən, Rusiya sərhədçiləri Ermənistanla İran arasında sərhədin bir hissəsi və nəzarət-buraxılış məntəqəsi Meqridə yerləşir. Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə dövlət sərhədini qoruyur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər