13 C
Baku
Friday, November 22, 2024

Paşinyan koronavirusa yoluxdu

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər