Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdəki çıxışı zamanı maraqlı açıqlamalar verib.
O, ilk növbədə, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına münasibət bildirərək deyib: “KTMT-dən çıxacağıq, geri qayıtmayacağıq”.
Baş nazir “Sən hakimiyyətdə olmasaydın, Ermənistan hansı dövlətin içərisində olacaqdı?” sualına da maraqlı cavab verib: “Mən hakimiyyətdə olmasaydım da, vəziyyət eyni olardı, yeganə fərq onda olacaqdı ki, Ermənistan 100 faiz bir əyalətə çevriləcəkdi”.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan N.Paşinyan deyib ki, 2022-ci ilin fevralından sonra qrup fəaliyyətini de-fakto dayandırıb.