9 C
Baku
Thursday, December 12, 2024

Paşinyan Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. 

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Onlar Qarabağda vəziyyətin inkişafı, eləcə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu, son bir həftədə Putinlə Paşinyanın ikinci telefon danışığıdır. Bundan əvvəlki danışıq avqustun 2-də olub.

Son xəbərlər
Digər xəbərlər