“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmiryolunun bərpası ideyasını dəstəkləyib”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər: “Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında görüş olub.