Qədim zamanlardan bəri dövlət rəhbərləri həm qələbə, həm də məğlubiyyət üçün məsuliyyət daşıyırlar. Bu, Makedoniyalı İsgəndər, Tamerlan, Bonapart və hətta Satlinin dövründə belə olub. Lakin Ermənistanın indiki lideri Nikol Paşinyan haqqında bunu demək olmaz.
“EU Political Report” nəşriyyatının “The responsibility of Leadership” məqaləsində Ermənistanın 2018-2020-ci illərdəki hərbi-siyasi rəhbərliyinin fəaliyyəti təhlil olunur. Məqalədə qeyd edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan Azərbaycanla müharibəyə başlamaq üçün göstərilmiş müddət ərzində fəal şəkildə hazırlıqlar görüblər. Və Azərbaycanlı diplomatlar və prezident İlham Əliyev bu barədə dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq edib.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin top atəşi ilə başladığı münaqişənin böyüməsi Paşinyanın xeyrinə olmayıb. Döyüş əməliyyatları başlayandan bir neçə saat sonra Azərbaycan Silahlı Qüvvələri ermənilər tərəfindən işğal olunmuş əraziləri geri qaytarmağa başlayıb. Paşinyan isə siyasi gələcəyini qorumaq üçün müdafiə mövqeyini tutub. İtkilərin günü-gündən artdığı bir vaxtda doğurdanmı erməni xalqının müharibəyə ehtiyacı var?
Ermənistan sakinləri bütün baş verənlərdə baş nazirin günahkar olduğunu düşünə bilərlər. Lakin dövlət başçısı döyüş sahəsindəki itkilərə görə məsuliyyət daşımırsa, nə müdafiə naziri, nə də zabitlər bu məsuliyyəti öz üzərinə götürməyəcəklər. Ermənistan rəhbərlərinin öz ölkələrinə və xalqlarına qarşı məsuliyyətsizliyi bağışlanmazdır.
Paşinyan xalqını inanmağa çalışır ki, Azərbaycan öz ata-baba torpaqlarını azad etmək üçün deyil, erməni xalqına qarşı müharibə aparır, səhvlərinə görə məsuliyyəti erməni əhalisinə yükləyir və vətənpərvər müharibə mifi yaradır.
Belə olduğu təqdirdə, ermənilərə təkcə peşman olmaq qalır, çünki onlar öz taleyini cəbhə bölgəsindən uzaqda yaşayan Azərbaycan əhalisinə zərbə endirən baş nazirə əmanət ediblər. Bu, Paşinyanın Ermənistanın dinc vətəndaşlarının taleyinə biganə olduğunu göstərir.
“Azərbaycanın və Ali Baş Komandanın bu məsələdə mövqeyi tamamilə aydındır. Biz mülki əhaliyə hücum etmirik və bu bizim kredomuzdur”, – deyə Azərbaycanın Brüsseldəki diplomatı bildirib. Mövcud qarşıdurma Azərbaycan ordusunun qələbəsi ilə nəticələnəcək. Və bu, təkcə Azərbaycan ordusunun döyüş bölgəsindəki qələbəsi deyil, eyni zamanda ölkə rəhbərliyinin beynəlxalq aləmdəki qələbəsi olacaq.