14 C
Baku
Sunday, November 24, 2024

Paşinyan: “Qarabağ artıq Ermənistanın nəzarətində deyil, biz başqa yerlərdə qəbul edilən qərarları icra edirik”

“Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.

Onun sözlərinə görə, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb: “Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”.

N.Paşinyan bildirib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib: “Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”.

Ermənistanın baş naziri öz silahdaşlarını cəsarətli olmağa çağırıb və etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxışa ehtiyacı var.

Son xəbərlər
Digər xəbərlər