Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi münaqişənin optimal həlli ola bilər.
Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Mən münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsinin tərəfdarıyam. Lakin problem ondadır ki, sülhməramlıları yerləşdirmək üçün münaqişənin hər iki tərəfinin təsdiqi lazımdır”, – baş nazir söyləyib.
Bununla yanaşı, Nikol Paşinyan Avropanı bu məsələdə daha çox səy göstərməyə çağırıb.