11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: “Biz otuz il özümüzü aldatdıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş ərəfəsində Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

Hökumət başçısı ölkəsinin Zəngəzur icmalarının rəhbərləri ilə görüşüb.

N.Paşinyan görüşdə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb.

Nəşr yazıb ki, N.Paşinyan yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb.

“Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”, – Baş nazir vurğulayıb.

O bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz. “Çünki, Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Mənbə:Report
Oxşar xəbərlər

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb. “RİA Novosti”in verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib. Rumen Radev...

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət...

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 617 yeni yoluxma faktı qeydə alınıb, 1 979 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Banker.az”a verilən məlumata...
X