10 C
Baku
Friday, December 13, 2024

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa siyasi birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqlar Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyannaməni imzalayıb.

Bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.

Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Son xəbərlər
Digər xəbərlər