Paşinyan: Rusiya rəsmiləri Ermənistanda hakimiyyəti devirməyə çağırıblar

Rusiya rəsmiləri 2023-cü ilin payızında Ermənistanda dövlət hakimiyyətini devirməyə çağırıblar.

Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

2023-cü ilin sentyabr və oktyabr aylarında Rusiyanın yüksək rütbəli məmurları Ermənistan əhalisini açıq şəkildə hökuməti devirməyə çağırıblar”, – hökumət başçısı “France 24” telekanalına müsahibəsində bildrib.

Paşinyanın sözlərinə görə, Rusiya telekanalları “son altı il ərzində antierməni təbliğatı ilə məşğul olub”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər