Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Səfər zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək .
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib:
“12 oktyabrda prezident Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatlarla ölkə üçün hansı məsələlərin önəmli olduğunu müzakirə edəcək. Eyni gündə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək”.