Paşinyan səsvermədə öndədir

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mülki razılaşma” partiyası ölkə vətəndaşlarının xaricdən iştirak etdiyi elektron səsvermənin nəticələri üzrə 455 səsdən 163 səs toplayaraq, parlament seçkilərində liderlik edir.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan açıqlama yayıb.

Onun rəqibi, sabiq prezident Robert Köçəryanın bloku isə 135 səs toplayıb.

“500 nəfər səs verib. 45 bülleten etibarsız sayılıb. “Mülki razılaşma” partiyası 163 səs qazanıb, “Ermənistan” bloku – 135 səs. Komissiya üzvlərindən xahiş edirəm ki, etirazları yoxdursa, elektron səsvermənin nəticələrinə əsasən protokolu imzalasınlar”, – deyə Mukuçyan bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.