18 C
Baku
Sunday, September 8, 2024

Paşinyan sərhədlərin delimitasiyasının MDB-nin fundamental sənədlərinə əsaslanacağını bildirib

“Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həmin sənədlərə əsasən sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında dövlət sərhədlərinə çevrilib:

“Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Komissiyanın yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub”, – Paşinyan bildirib.

Hökumət başçısı söyləyib ki, 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti ilə Fransa Prezidentinin və Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra delimitasiya prosesində fundamental sənədlərə əsaslanmaq barədə razılıq əldə olunub.

Xatırladaq ki, bu gün Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər