9 C
Baku
Thursday, December 12, 2024

Paşinyan sabah Astanaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin növbəti sammitində iştirak etmək üçün sabah Qazaxıstanın paytaxtı Astanaya gedəcək.

Bu barədə məlumat Ermənistan hökuməti tərəfindən KİV-də dərc olunub.

Məlumata görə, Paşinyanı onun müavini Mher Qriqoryan müşayiət edəcək.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyan da Astanaya gedib və bu gün onun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü olub. Bildirilib ki, Paşinyanın Astanada təkbətək görüşləri olmayacaq, gündəmdə yalnız sammitdə iştirak var. Lakin istənilən halda MDB ölkələrinin rəhbərləri, o cümlədən Vladimir Putin Astanada olacağı üçün bəzi görüşlərin və söhbətlərin baş tutacağı istisna edilmir.

Son xəbərlər
Digər xəbərlər